Azərbaycanda “Bizim Kino Günləri" başlayır

Azərbaycanda “Bizim Kino Günləri" başlayır Filmlər “Nizami Kino Mərkəzi”, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək
İncəsənət
18 Noyabr , 2015 13:50
Azərbaycanda “Bizim Kino Günləri başlayır

Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Nizami Kino Mərkəzində "Bizim Kino Günləri- Audiovizual Məkanda Peşəkarlıq” adı altında filmlər nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirəcəyi “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanan tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinoda peşəkarlıq məsələlərinə həsr olunur.

Xəbərdə bildirilib ki, layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında  tədbir iştirakçılarına məlumat verəcək.

Tədbir noyabrın 20-də saat 10:00-da, Nizami Kino Mərkəzində keçiriləcək. Bu tarixdən etibarən, “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər “Nizami Kino Mərkəzi”, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək.

Noyabrın 20-də baş tutacaq görüş bu tədbirin yalnız birinci mərhələsidir. İlk nümayiş rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filminə baxışla başlayacaq. Müzakirələr “Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri” mövzusunu əhatə edəcək.

Tədbirin növbəti mərhələlərində daha üç görüş və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbirə kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və media nümayəndələri dəvətlidir.

Son xəbərlər

Orphus sistemi