Azərbaycan xalçasına Qərb yanaşması öyrəniləcək

Azərbaycan xalçasına Qərb yanaşması öyrəniləcək Azərbaycan Xalça Muzeyində keçiriləcək 3 günlük mühazirə kursu belə adlanır
İncəsənət
10 Dekabr , 2014 11:01
Azərbaycan xalçasına Qərb yanaşması öyrəniləcək

Bakı.10 dekabr. REPORT.AZ/ Dekabrın 10-dan 12-dək Azərbaycan Xalça Muzeyində 3 günlük mühazirə kursu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən mühazirə kurslarında Qərb tədqiqatçılarının xalçaların öyrənilməsinə olan yanaşmasının əsas tezisləri öyrəniləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti yayıb.

Mühazirə kursu əsasən Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi eləcə də, 3 ali məktəb - Turizm İnstitutu, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və tələbələri, toxuculuq ya xalça ornamentləri ilə işləyən mütəxəssislər, dizaynerlər və rəssamlar üçün nəzərdə tutulub.
Məxsusi olaraq Azərbaycan auditoriyası üçün təşkil olunmuş mühazirə kursunu Florensiyadan olan xalçalar üzrə mütəxəssis, beynəlxalq İCOC (İnternational Conference On Oriental Carpets) təşkilatının Akademik komitəsinin sədri Alberto Boralevi və Əsli Səmədova aparır.
Alberto Boralevi 30 ildən artıq müddətdir ki, Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq edir. Alberto Boralevi 1983, 2003 və 2007-ci illərdə Azərbaycan Xalça Muzeyinin təşkil etdiyi Azərbaycan xalçası üzrə Beynəlxalq simpoziumların iştirakçısıdır. 2012 və 2013- cü illərdə onun səyləri sayəsində Azərbaycan Xalça Muzeyinin kolleksiyası 4 nadir Azərbaycan xalçası ilə zənginləşmişdir. Onlardan biri XVII əsrə aid olan Qarabağın unikal "Əjdahalı" xalçasıdır. 2013- cü ildə məhz onun təşkilatçılığı ilə Azərbaycanın aparıcı sənət sahələrinin beşiyi sayılan Qəbələ, Şamaxı və Şəkidə beynəlxalq xalça turu keçirilib.

Son xəbərlər

Orphus sistemi