Yuxarı

Azərbaycan vokalçıları beynəlxalq musiqi müsabiqəsində iştirak edir

Müsabiqə dekabrın 19-dək davam edəcək

Bakı.9 dekabr. REPORT.AZ/ Moskvada vokalçıların Qlinka adına 25-ci Beynəlxalq Musiqi Müsabiqəsi başlayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 8-dən 19-dək davam edəcək müsabiqədə ABŞ, Fransa, Koreya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Moldova, Belarusiya, Ermənistan, İsraildən gəlmiş vokalçılar iştirak edirlər. Müsabiqə Qlinkanın adını daşıyan Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində keçirilir.

Qeyd edək ki, müsabiqənin peşəkar münsiflər heyəti var. Münsiflər heyətinə SSRİ-nin xalq artisti Vladistlav Pyavko sədrlik edir.

Vokalçıların Beynəlxalq Musiqi Müsabiqəsinə 212 müraciət daxil olub. Onların içərisindən ən istedadlıları seçilərək, müsabiqədə iştirak hüququ qazanıblar.

Müsabiqənin qala-konserti dekabrın 18-də Çaykovskinin adını daşıyan Moskva Dövlət Konservatoriyasının Böyük zalında keçiriləcək. Qaliblərin mükafatlandırılma mərasimi isə dekabrın 19-da baş tutacaq.

Xatırladaq ki, bu müsabiqə 1960-cı ildən keçirilir. Qlinka adına Vokalçıların Beynəlxalq Musiqi Müsabiqəsinin təşkilatçıları Rusiya Mədəniyyət nazirliyi, Musiqi Xadimlərinin Beynəlxalq İttifaqı, Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Popov adına Xor Mədəniyyəti Akademiyası və İrina Arxipova adına fonddur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi