Azərbaycan teatrı Yunanıstanda beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan teatrı Yunanıstanda beynəlxalq festivalda təmsil olunacaq Festivalda Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası nümayiş etdiriləcək
İncəsənət
16 Sentyabr , 2016 13:25
Azərbaycan teatrı Yunanıstanda beynəlxalq festivalda təmsil olunacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Yunanıstana səfər edəcəklər. 

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aktyorlar Yunanıstanın Pieria bölgəsində keçiriləcək “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər festivalında iştirak edəcəklər.

Festivalda Azərbaycan dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında əməkdar artist Nicat Kazımovun hazırladığı “Xeyir və Şər” tamaşası ilə təmsil ediləcək.

Yunanıstana səfər edəcək yaradıcı heyətə teatrın quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, aktyorlar Zümrüd Quliyeva, Səbinə Məmmədova, Bəhram Həsənov və işıq üzrə rəssam Vadim Kuskov daxil edilib. Səfər cari il sentyabrın 19-23-də baş tutacaq.

Festivalda Azərbaycanın iştirakı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. 

Son xəbərlər

Orphus sistemi