Azərbaycan Simfonik Orkestri Moskvada premyera ilə çıxış edəcək

Azərbaycan Simfonik Orkestri Moskvada premyera ilə çıxış edəcək Noyabrın 2-8-də P.İ.Çaykovski adına konsert zalında və Kamera filarmoniya zalında "Başqa məkan" festivalı keçiriləcək
İncəsənət
18 Oktyabr , 2016 16:39
Azərbaycan Simfonik Orkestri Moskvada premyera ilə çıxış edəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Noyabrın 2-8-də Moskvada P.İ.Çaykovski adına konsert zalında və Kamera filarmoniya zalında "Başqa məkan" adlı növbəti festival keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festivalda Rusiya Dövlət Akademik Simfonik Orkestri və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Məlumata görə, Azərbaycan klassik musiqi ifaçıları tamaşaçılara iki Rusiya premyerasını - Berio simfoniyasını və Ştokhauzenin "Qruplar" əsərini təqdim edəcəklər.

Son xəbərlər

Orphus sistemi