Azərbaycan Prezidenti bir qrup kino xadimini mükafatlandırıb - SİYAHI

Azərbaycan Prezidenti bir qrup kino xadimini mükafatlandırıb - SİYAHI İki nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib
İncəsənət
31 İyul , 2017 18:11
Azərbaycan Prezidenti bir qrup kino xadimini mükafatlandırıb - SİYAHI

Bakı. 31 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əliyev Rafiq Hacıbaba oğlu

Nəsirov Rafiq Əliş oğlu.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

Xalq artisti

Mirqasımova Ayan Oqtay qızı

Əməkdar mədəniyyət işçisi

Allahverdiyeva Afaq Murtuz qızı

Azməmmədov Nadir Mirzə oğlu

Bağırov Tahir Məmməd oğlu

Əsgərov Müzəffər Rza oğlu

Kazımov Tahir Şirin oğlu

Kərimov Arif Cahangir oğlu

Kutiyev Abdulnəsir Hacı oğlu

Mehdiyev Nadir Hüseyn oğlu

Məmmədov Kamil İmaməli oğlu

Süleymanov Badavi Süleyman oğlu

Vəliyev Sabir Əli oğlu.

Son xəbərlər

Orphus sistemi