Yuxarı

Azərbaycan nümayəndələri Moskvada teatr festivalında iştirak edəcəklər

Festivalın təşkilatçısı Rusiya Teatr Xadimləri İttifaqıdır

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın gənc teatr xadimləri sentyabrın 11-dən 15-dək Moskvada keçiriləcək "Artmiqrasiya 2015" III-cü Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər.

Bu barədə "Report"a Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov məlumat verib.

Onun sözlərinə görə, Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova və aktyor Eşqin Quliyev, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev, Rus Dram Teatrının aktyoru Teymur Rəhimov festivalda iştirak edəcək: "Mən də festivala qatılacam".

Gənclərin teatr forumunun təşkilatçısı Rusiya Teatr Xadimləri İttifaqıdır.

Festival-forumun məqsədi gəncləri sənət yaradıcılığında ruhlandırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə işrtirak etmək, həmçinin müxtəlif teatr layihələrində birgə fəaliyyət göstərməkdən ibarətdir.

Teatr forumunda Rusiya, MDB və Baltikyanı ölkələrdən gəlmiş gənc teatr mütəxəssisləri iştirak edəcək.

"Artmiqrasiya" festivalında gənc rejissorların səhnəyə qoyduğu tamaşalar nümayiş etdiriləcək.

Rusiyanın müxtəlif şəhərlərindən festivala qatılmaq üçün 70-dən artıq ərizə daxil olsa da, ekspertlər 5 tamaşanın nümayişini forumun proqramına daxil ediblər.

Teatr forumunun xüsusi proqramı da tərtib edilib. Proqrama festival iştirakçıları və akkreditasiyadan keçmiş jurnalistlər üçün teatr tamaşaları, konsert proqramları daxil edilib.

Azərbaycandan gedəcək teatr nümayəndələri ustad dərslərində iştirak edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi