Azərbaycanlı musiqiçilər Parisdə konsert verəcək

Azərbaycanlı musiqiçilər Parisdə konsert verəcək Konsert beynəlxalq caz musiqisi gününə həsr edilib
İncəsənət
28 Aprel , 2015 17:16
Azərbaycanlı musiqiçilər Parisdə konsert verəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanlı musiqiçilər Fransanın paytaxtı Parisdə konsert verəcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Məlumatda qeyd olunub ki, aprelin 30-da beynəlxalq caz musiqisi günü münasibətilə Parisdə silsilə tədbirlər və konsert proqramları təşkil ediləcək. Azərbaycanı bu tədbirdə "Cəngi" estrada folklor ansamblı, ansamblın bədii rəhbəri, əməkdar artist Mircavad Cəfərov, pianoçu Etibar Əsədli və cazmen İsfar Sarabski təmsil edəcək.

Azərbaycan musiqiçiləri Parisin ən aparıcı caz klublarından birində çıxış edəcək. Konsertlər ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi