Azərbaycan musiqiçiləri Almaniyada konsert proqramı ilə çıxış ediblər

Azərbaycan musiqiçiləri Almaniyada konsert proqramı ilə çıxış ediblər Azərbaycanlı musiqiçilər İngiltərənin London və Mançester şəhərlərində yeni konsert proqramı ilə çıxış etmək üçün dəvət alıblar
İncəsənət
20 Aprel , 2016 18:52
Azərbaycan musiqiçiləri Almaniyada konsert proqramı ilə çıxış ediblər

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və əməkdar artist, müğənni Yaqub Zurufçu Almaniyanın bir sıra şəhərlərində “Böyük Azərbaycan musiqisi” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

Bu barədə "Report"a tanınmış dirijor Əyyub Quliyev məlumat verib.

Konsertlər Almaniyanın ən məşhur konsert salonlarında Hamburqun “Laytsxoll” (`Laeiszhalle), Köln şəhərinin “Sartori xoll” (Sartory), Frankfurt şəhərinin “Xofxaym” (Stadthalle Hofheim) zallarında baş tutub.

Konsertlərin biletləri bir neçə həftə öncədən satılıb və konsertlər tam anşlaqla keçib.

Proqram tamamilə Azərbaycan xalq mahnıları, muğamları, Azərbaycanın klassik bəstəkarların romans və mahnılarından ibarət olub.

Xalq artistləri Ramiz Quliyev və Aftandil İsrafilovun solo çıxışları ilə bərabər, görkəmli tarzənin rəhbərliyi altında xalq alətləri ansamblının ifasında Azərbaycan musiqisinin parlaq və rəngarəng nümunələri əcnəbi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tanınmış müğənni Yaqub Zurufçunun yubileyinə təsadüf edən konsertlərdə həmçinin Almaniyada fəaliyyət göstərən “Daisi” rəqs ansamblı da iştirak edib.

Qastrol səfərinin sonunda təşkilatçıların dəvətilə Azərbaycanın tanınmış musiqiçiləri İngiltərənin London və Mançester şəhərlərində yeni konsert proqramı ilə çıxış etmək üçün dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi