Azərbaycanın milli kişi geyimi Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirinə hədiyyə edilib

Azərbaycanın milli kişi geyimi Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirinə hədiyyə edilib Hüseyin Özgürgün ümumi problemlərin həlli ilə bağlı birgə səylərin artırılmasının vacibliyini vurğulayıb
İncəsənət
22 İyul , 2016 20:26
Azərbaycanın milli kişi geyimi Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirinə hədiyyə edilib

Bakı.22 iyul. REPORT.AZ/ Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Hüseyin Özgürgünə hədiyyə edilib.

"Report" xəbər verir ki, Parlamentin sədri Sibel Siberə və xarici islər naziri Tahsin Ertugrula isə Gulnare Xəlilovanın milli geyimlər kataloqu hədiyyə verilib.

Sülh və Azadlıq Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC parlamenti sədrinin dəvəti ilə Lefkoşada Şimali Kimprdə olan deputat Qənirə Paşayeva baş nazir Hüseyin Özgürgün və parlamentin sədri Sibel Siber ilə görüşdə dost, qardaş münasibətləri qeyd olunub. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici hadisə olduğunu söyləyən millət vəkili deyib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.

Görüşdə Türk Dünyasının ümumi problemi olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Baş nazir Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini vurğulayıblar.

Azərbaycanı qardaş ölkə adlandıran H.Özgürgün və S.Siber ümumi problemlərin həlli istiqamətində birgə səylərin artırılmasının vacibliyini vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi