Azərbaycan Milli İncəsənət Muzeyində "Unudulmaz unudulmuşlar" sərgisi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində "Unudulmaz unudulmuşlar" sərgisi keçiriləcək Çingiz Fərzəliyev: "Muzeylər günü ilə əlaqədar xüsusi proqram hazırlanır"
İncəsənət
7 Aprel , 2017 17:41
Azərbaycan Milli İncəsənət Muzeyində Unudulmaz unudulmuşlar sərgisi keçiriləcək

Moskva. 7 aprel. REPORT.AZ/ Muzeylər Günündə - mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində "Unudulmaz unudulmuşlar" sərgisi keçiriləcək.

Bu barədə "Report" Rusiya bürosuna Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, Muzeylər Günü ilə əlaqədar xüsusi proqram hazırlanır.

"Unudulmaz unudulmuşlar" sərgisi "sosialist realizm" cərəyanının rəssamlarına həsr olunacaq.

"Bu rəssamların çoxu ictimaiyyətə məlum olmayıb. Onlar həyatlarını sosializmə, parlaq gələcəyə inanaraq keçiriblər və buna görə onlar mühakimə edilə bilməz. Onların rəsm əsərlərində o qədər dürüstlük, səmimiyyət var ki, bu əl işlərinə laqeyd baxmaq olmaz. Muzeyimizdə belə möhtəşəm sənət əsərləri var və onları ictimaiyyətə təqdim etməyə hazırlaşırıq", - muzeyin direktoru bildirib.

Son xəbərlər

Orphus sistemi