Yuxarı

​Azərbaycan Macarıstanda beynəlxalq musiqi və incəsənət festivalında təmsil olunub

Festivalda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak ediblər

Bakı. 13 noyabr. REPORT.AZ/ Macarıstanda “Renessans Qızıl Payız" beynəlxalq musiqi və incəsənət festivalı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanı festivalda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sabina Mehdiyevanın rəhbərlik etdiyi qrup təmsil edib.

Balatonfüred şəhərində keçirilmiş festivalda 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak ediblər.

Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Azərbaycanı təmsil edən Maqsudova Qəmərtac - "Gran Pri" mükafatına layiq görülüb, Məmmədzadə Əsmər və Kərimova Könül fortepianoda 1-ci, Cəfərov Babək, Ağasıyeva Şahidə, Qasımlı Nərmin, Səmədli Jalə, Hacıyev Emil və Mansurova Humay isə fortepianoda 2-ci və 3-cü yerləri tutublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi