Yuxarı
    Bağlamaq

    Azərbaycan kinoalmanaxının beynəlxalq premyerası Almaniyada baş tutacaq

    Noyabrın 3-dən 8-dək Almaniyada 25-ci Cottbus Beynəlxalq Film Festivalı keçiriləcək

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu il noyabrın 3-dən 8-dək Almaniyada keçiriləcək 25-ci Cottbus Beynəlxalq Film Festivalında “4.1 Şəhər Motivləri” bədii filminin beynəlxalq premyerası baş tutacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

    Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Belkin), “Yuxarıda və aşağıda” (rejissor Timur İsmailov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Həmidhocayev) və “Zabit şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cəbrayıl Rəfiyev) filmləri daxildir. 

    Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi