Azərbaycan incəsənət əsərlərinin London hərrac evində nümayişi keçiriləcək

Azərbaycan incəsənət əsərlərinin London hərrac evində nümayişi keçiriləcək "Buta Festivalı 2015"də Cavad Mircavadovun əsərləri sərgilənəcək
İncəsənət
16 Fevral , 2015 16:38
Azərbaycan incəsənət əsərlərinin London hərrac evində nümayişi keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 17-dən 19-dək dünya şöhrətli London hərrac evi "Sotheby’s"də Azərbaycanın unikal incəsənət nümunələrinin nümayişi olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Buta Festivalı"nın təşkilatçıları yayıb.

Budəfəki sərgidə görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun əsərləri nümayiş ediləcək.

Bakıda dünyaya gəlmiş və 1960, 70 və 80-ci illərdə Moskvada yaşayıb-yaratmış Cavad Mircavadov "XX əsrin görkəmli Azərbaycan rəssamı" kimi xarakterizə edilir. Mircavadovun təsirli və cəsur əsərləri gizli simvol və məna ilə zəngindir. Sovet dövründə onun əsərlərini sosial realizm üslubuna aid olmadığı üçün qadağan etmişdilər.

Qeyd edək ki, Fərəh Piriyevanın kuratorluğu ilə keçirilən sərgi Azərbaycan xalılarının Mircavadova və onun Moskva və Bakıdan olan müasirlərinə olan təsirini nümayiş etdirmək üçün Azərbaycan Milli İncəsənət Muzeyindən olan ənənəvi Azərbaycan xalılarının bəzi möhtəşəm nümunələrini də əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi