Azərbaycan pianoçusu beynəlxalq festivalda "Sarı gəlin"i ifa edib - VİDEO

Azərbaycan pianoçusu beynəlxalq festivalda "Sarı gəlin"i ifa edib - VİDEO Azərbaycanlı pianoçu Səidə Zülfüqarova Parisdə Skripka Yaz Festivalı çərçivəsində rumıniyalı həmkarı Sara Nemtanu ilə birgə konsert verib. Konsert Rumıniyanın Parisdəki Mədəniyyət Mərkəzi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutub.
İncəsənət
26 Mart , 2019 06:39
Azərbaycan pianoçusu beynəlxalq festivalda Sarı gəlini ifa edib - VİDEO

Azərbaycanlı pianoçu Səidə Zülfüqarova Parisdə Skripka Yaz Festivalı çərçivəsində rumıniyalı həmkarı Sara Nemtanu ilə birgə konsert verib. Konsert Rumıniyanın Parisdəki Mədəniyyət Mərkəzi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutub.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, üç ölkə arasında mədəniyyət əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan “Kəsişən baxışlar“ adlı konsertin proqramı üç ölkənin tanınmış bəstəkarlarının əsərlərindən ibarət olub.

Konsert Rumıniyanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə çıxş edən Rumıniya səfiri Luca Niculescu musiqi vasitəsinin universal dil olduğunu bildirib və üçtərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Pianoçu Səidə Zülfüqarova və rumın skripkaçının ifa etdiyi Azərbaycan xalq mahnısı “Sarı gəlin“ musiqi həvəskarlarının xüsusi alqışları ilə qarşılanıb.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərdəndir. S.Zülfüqarova Fransanın Karyer-su-Puassi şəhərinin 2019-cu ilin "fəxri qadın"ı medalına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi