Yuxarı
    Bağlamaq

    Azərbaycan filmlərinin kinoteatrlarda nümayiş etdirilməməsinin səbəbləri açıqlanıb

    Həmin filmlər bu il ölkə kinoteatrlarında tamaşaçılara təqdim ediləcək

    Bakı. 13 yanvar. REPORT.AZ/ "Son illər çəkilən Azərbaycan filmlərinin kinoteatrlarda nümayiş olunmamasının səbəbi həmin filmlərin festivallarda iştirakı ilə əlaqədardır".

    Bunu "Report"a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov bildirib.

    A.Hüseynov son vaxtlar kinoteatrlarda nümayiş etdirilən Türkiyə və əcnəbi filmlərin bolluğunu və bunun qarşılığı olaraq "Azərbaycanfilm" Kinostudiyasında çəkilən filmlərin nümayiş edilmədiyini, beynəlxalq festivallarla izah edib.

    "Son illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında bir neçə maraqlı filmlər istehsal edilib. Amma həmin filmlərin ilk təqdimatından sonra nümayişi hələ mümkün olmayıb. Bunun əsas səbəbi həmin filmlərin festivallarda iştirak etməsidir. Məsələn, "Nabat", "Çölçü" filmləri beynəlxalq festivallarda təmsil olunur və hər dəfə Azərbaycana mükafat qazanıb qayıdır. Beynəlxalq festivalda nümayiş edilən filmin kinoteatr və ya televiziyada nümayişi qəti qadağandır. Belə hal olarsa, həmin filmi heç bir festival qəbul etmir. Beynəlxalq kino festivallarında nümayiş etdirilməyən filmlər isə 2015-ci ildə kinoteatrlarımızda tamaşaçılara təqdim ediləcək. Əlbəttə ki, bu nümayişlər kino həftəsi çərçivəsində baş tutacaq".

    Qeyd edək ki, ötən il ilk nümayişi baş tutan Azərbaycan filmlərinin bir neçəsi beynəlxalq kino festivallarında nümayiş etdirilib və mükafat qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi