Azərbaycan filmləri Riqa festivalında nümayiş etdiriləcək

Azərbaycan filmləri Riqa festivalında nümayiş etdiriləcək Festival aprelin 25-26-da keçiriləcək
İncəsənət
21 Aprel , 2015 12:57
Azərbaycan filmləri Riqa festivalında nümayiş etdiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 25-26-da "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında nümayiş olunacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilib. Həmçinin festivalın "Reklam filmləri" nominasiyasında "Rixos Quba" reklam çarxı nümayiş etdiriləcək.

Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb. 

Son xəbərlər

Orphus sistemi