Azərbaycan filmləri Kazan film festivalında nümayiş ediləcək

Azərbaycan filmləri Kazan film festivalında nümayiş ediləcək Müsabiqənin münsiflər heyətində azərbaycanlı kinotənqidçi də təmsil olunacaq
İncəsənət
7 Avqust , 2017 16:00
Azərbaycan filmləri Kazan film festivalında nümayiş ediləcək

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan filmləri sentyabrın 5-11-də Tatarıstan paytaxtında keçiriləcək XIII Kazan Beynəlxalq Müsəlman Film Festivalında nümayiş olunacaq.

"Report" festivalın saytına istinadən xəbər verir ki, qısametrajlı filmlər proqramında Azərbaycan və İranın birgə istehsalı olan "Səs" filmi təqdim olunacaq.

Qısametrajlı sənədli film proqramında isə Teymur Daiminin "Bu sevgidir" filmi müsabiqəyə qatılacaq.

Bundan əlavə, müsabiqənin münsiflər heyətində azərbaycanlı kinotənqidçi Ülvi Mehdi də təmsil olunacaq. O, ən yaxşı qısa və tam metrajlı sənədli filmlərin seçimində qərar verəcək.

Son xəbərlər

Orphus sistemi