Azərbaycan filmləri beynəlxalq film festivalında nümayiş etdiriləcək

Azərbaycan filmləri beynəlxalq film festivalında nümayiş etdiriləcək “Nabat” və “Axınla aşağı” bədii filmlərinin də göstəriləcəyi LET’S CEE Beynəlxalq Film Festivalı oktyabrın 1-dən 10-dək davam edəcək
İncəsənət
3 İyul , 2015 14:17
Azərbaycan filmləri beynəlxalq film festivalında nümayiş etdiriləcək

Bakı. 3 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri LET’S CEE Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yayıb.

Hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 1-dən 11-dək Avstriyada keçiriləcək.

“Axınla aşağı” bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

“Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 

Son xəbərlər

Orphus sistemi