Yuxarı
    Bağlamaq

    Azərbaycan filminin Almaniyada beynəlxalq premyerası olub

    “4.1 Şəhər Motivləri” 25-ci Cottbus Beynəlxalq Film Festivalında nümayiş etdirilib

    Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 5-də “4.1 Şəhər Motivləri” bədii filminin beynəlxalq premyerası olub.

    "Report" xəbər verir ki, Almaniyada keçirilən 25-ci Cottbus Beynəlxalq Film Festivalının “Focus” proqramı çərçivəsində keçirilən təqdimatda filmin yaradıcı heyəti də iştirak edib.

    Xaricdə ali kino təhsili almış beş gənc iddialı rejissorun lentə aldığı kinoalmanaxda 5 film toplanıb.

    Qonşuluqda alovlanan sevgi əhvalatı (“Qonşu qadın”), zirzəmidə rok yığıncağı (“Kədərim”), tikintidə həyatların xilası (“Yuxarıda və aşağıda”), yeni Bakının kəşfinə gətirən köhnə Bakı axtarışı (“Dmitrov küç 86”), xüsusi xidmət orqanlarının mafiya ilə gərgin qarşıdurması (“Zabit şərəfi”).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi