Azərbaycan filmi Türkiyədə "I Ailə Filmləri Festivalı"nda təmsil olunacaq

Azərbaycan filmi Türkiyədə "I Ailə Filmləri Festivalı"nda təmsil olunacaq Festivalda Azərbaycanı "Axınla aşağı" filmi təmsil edir
İncəsənət
12 May , 2015 10:35
Azərbaycan filmi Türkiyədə I Ailə Filmləri Festivalında təmsil olunacaq

Bakı.12 may. REPORT.AZ/ Türkiyədə "I Beynəlxalq Ailə Filmləri Festivalı" öz işinə başlayıb. Festivalda Azərbaycanı rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi təmsil edir. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov məlumat verib.

Onun sözlərinə görə, Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ailə münasibətlərini anladan, ailə problemlərini üzə çıxaran maraqlı film olaraq festivala dəvət alıb.

2014-cü ildə nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Axınla aşağı" filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertakhia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrzejewska, Teymur Məmmədov və başqaları canlandırırlar.

Qeyd edək ki, Festival Ankarada təşkil edilir və Türkiyənin Ailə və Sosial Politikalar Bakanlığının təşkilatçılığı ilə keçirilir.

Festivalı 99 ölkənin media qurumu işıqlandırır.

"Beynəlxalq Ailə Filmləri Festivalı"nın başqalarından fərqi ondan ibarətdir ki, festivalda aktyorlar ənənəni pozaraq zala qırmızı xalı üzərindən deyil, bəyaz xalı üzərindən daxil olublar. Festival iştirakçıları məkana klassik avtobillərdən ibarət kortejdə gəliblər.

Xatırladaq ki, festival mayın 24-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi