Yuxarı
    Bağlamaq

    Azərbaycan filmi "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş etdirilib

    Ukrayna paytaxtında filmlər festivalı keçirilib

    Bakı. 5 iyun. REPORT.AZ/ Ukrayna paytaxtındakı "Kiyev" kinoteatrında "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, festivalda Azərbaycanı "Azanfilm" kinostudiyasında istehsal olunmuş "Köhnə saat" animasiya filmi təmsil edib. Filmin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.

    9 dəqiqəlik ekran əsəri Ukrayna dilində subtitrlərlə orijinalın dilində nümayiş etdirilib və tamaşaçılarda maraq doğurub.

    Filmə baxışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

    Festival çərçivəsində kinematoqrafçılar və tamaşaçılar bütün dünyanın ən yaxşı qısametrajlı filmləri, yeni müəlliflər, yeni dünya və yeni baxışlarla tanış olmaq üçün imkan əldə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi