Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni premyera olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni premyera olub "Ağ ölüm" tamaşaçılara təqdim edilib
İncəsənət
29 Noyabr , 2014 09:21
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni premyera olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Ağ ölüm" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, tamaşa narkomaniya mövzusuna həsr olunub.

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq tamaşaya qoyulan "Ağ ölüm" tamaşası V.Siqarevin “Şeytan ailəsi” adlı əsərinin motivləri əsasında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev və Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq kimi qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandırır. 

Son xəbərlər

Orphus sistemi