Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mükafat təsis edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mükafat təsis edib Mükafatlar 2015-ci ildə təqdim ediləcək
İncəsənət
10 Dekabr , 2014 20:05
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mükafat təsis edib
Bakı.10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Belə ki, teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə teatrda ASSİTEJ-lə birgə yeni mükafat təsis edilib. "Report" xəbər verir ki, bu barədə məlumatı GTT-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, 87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə 2015-ci ildə,  87-ci teatr mövsümünün sonunda mükafatlarla təltif ediləcək.

Son xəbərlər

Orphus sistemi