Yuxarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı vəfat edib

Teatrın qocaman butaforçusu dünyasını dəyişib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

K.Triandafelidze 1927-ci ildə Bakıda doğulub. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.

1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi