Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Гостиный двор” festivalında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Гостиный двор” festivalında iştirak edəcək Teatr "Müharibə" tamaşasını nümayiş etdirəcək
İncəsənət
25 Aprel , 2016 15:14
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Гостиный двор” festivalında iştirak edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Dəvət Rusiya Federasiyası Orenburq vilayətində mayın 27-dən iyunun 2-dək davam edəcək “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Bu dəfə kollektiv ölkəmizi artıq bir neçə beynəlxalq teatr festivalında uğurla təmsil etmiş L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə təmsil edəcək.

Quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.

Qeyd edək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər.

İlk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrinin bərpası və daha da möhkəmləndirilməsidir.

Həmin tamaşa 2014-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, RF-in xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş beynəlxalq rejissor laboratoriyasının iştirakçıları olan Rusiya Federasiyanın ayrı-ayrı teatrlarında çalışan rejissorlara təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi