Yuxarı

​Azərbaycan cazmenləri "Kavkaz Jazz Festival 2016"ya qatılacaq

Tədbirdə ABŞ və İran musiqiçiləri də iştirak edəcək

Bakı. 30 may. REPORT.AZ/ Gürcüstanda iyunun 8-dən 11-dək VII "Qafqaz caz festifalı" keçiriləcək.

"Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı, İran, ABŞ və Almaniya cazmenləri də iştirak edəcək.

Tədbir Tbilisi və Axaltsixidə (Şərqi Gürcüstan, Samtsxe-Cavaxetiya bölgəsində Rabati qalasında) keçiriləcək.

Festival çərçivəsində ilk dəfə tanınmış amerikalı saksafonçu Ceym Ebersoldun caz proqramı Tbilisi Dövlət Konservatoriyasında iki həftə müddətində tədris olunacaq. ABŞ-ın Lüisvill Universitetinin pedaqoqları, musuqiçilər Maykl Treys (saksafonçu) və Kreyq Vaqner (gitaraçı) proqramı tədris edəcəklər.

Bundan başqa, ABŞ, Almaniya, Azərbaycan, Gürcüstan və Ermənistan musiqi mütəxəssislərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi də planlaşdırılıb.

"Kavkaz Jazz Festival 2016" layihəsini Türkiyənin Yunus Əmrə mədəniyyət mərkəzi, Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası, Hete İnstitutu və İranın Gürcüstandakı səfirliyi dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi