Bu gün Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində sayca 2-ci beynəlxalq türk filmləri festivalı açılır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, iyunun 23-dək davam edəcək festival çərçivəsində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrdə, həmçinin bir sıra Avropa ölkələrində çəkilən filmlər nümayiş olunacaq.