Yuxarı
    Bağlamaq

    Azərbaycan Beynəlxalq Türk Dünyası Sənət Atelyesi seminarında təmsil olunacaq

    Adanada keçiriləcək seminarda 17 ölkədən 77 sənətçi iştirak edəcək

    Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Türk Dünyası Sənət Atelyesi seminarında təmsil olunacaq.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində keçiriləcək seminara 17 ölkədən 77 sənətçi qatılacaq.

    Sənətkarlar kətan üzərində şəhərin tarixini, təbiətini və mədəniyyətini canlandıracaqlar.

    Tədbirdə Albaniya, Bosniya və Herseqovina, Rusiyanın Dağıstan Respublikası, Xorvatiya, İran, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Kosovo, Makedoniya, Özbəkistan, Serbiya və Tacikistan təmsilçiləri iştirak edəcəklər. 

    Sənətkarların əsərləri yanvarın 19-dan 30-dək 75-ci sənət qalereyasında nümayiş olunacaq.

    Bundan başqa, rəsm sahəsinə marağı olanlar sənətçilərlə birlikdə panel iclaslarında iştirak edə biləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi