Azərbaycan ansamblı “Qazax xanlığının 550 illiyi"nə həsr olunan tədbirdə çıxış edib

Azərbaycan ansamblı “Qazax xanlığının 550 illiyi"nə həsr olunan tədbirdə çıxış edib F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Astanadakı çıxışı tamaşaçıların alqışlarını qazanıb
İncəsənət
12 Sentyabr , 2015 13:59
Azərbaycan ansamblı “Qazax xanlığının 550 illiyinə həsr olunan tədbirdə çıxış edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Qazaxıstanın Astana şəhərində “Baris” buz oyunları sarayında “Qazax xanlığının 550 illiyi"nə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qazaxıstan, Azərbaycan, Qırğızıstan dövlətlərinin başçıları, Türkiyə Böyük Millət Məclisinin sədrinin iştirakı ilə keçirilən tədbirdə digər türkdilli dövlətlərin yüksək rütbəli dövlət nümayəndələri, eləcə də ölkə ziyalıları və diplomatik korpusların nümayəndələri iştirak edib.

Konsert proqramında Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib və ansamblın çıxışı tamaşaçıların alqışlarını qazanıb.

Qeyd edək ki, 2015-ci il sentyabrın 6-dan başlayan yubiley tədbiri çərçivəsində Qazaxıstanın Astana və Almatı şəhərlərində müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçirilir.

Tədbirlər sentyabrın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi