"Azdrama"da “Manqurt” tamaşasının premyerası keçiriləcək

"Azdrama"da “Manqurt” tamaşasının premyerası keçiriləcək Bakı. 12 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində iyunun 13-də “Manqurt” tamaşasının premyerası keçiriləcək.
İncəsənət
12 İyun , 2018 15:44
Azdramada “Manqurt” tamaşasının premyerası keçiriləcək
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində iyunun 13-də “Manqurt” tamaşasının premyerası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbər Anar Babalı, səhnələşdirmə və rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi