Yuxarı

"Azanfilm" vakansiya elan edib

Yeni cizgi filmlərinin istehsalı həyata keçiriləcək

Bakı. 6 yanvar. REPORT.AZ/ "Azanfilm” cizgi filmləri studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edib.

"Report" xəbər verir ki, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını bu il fevralın 10-dək azanfilm.studio@gmail.com elektron ünvanına təqdim edə bilərlər.

Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi