"Azanfilm" “Mənim ideyam var!” cizgi filmləri süjetləri müsabiqəsi elan edib

"Azanfilm" “Mənim ideyam var!” cizgi filmləri süjetləri müsabiqəsi elan edib Müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilən ən yaxşı süjetlərin müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq
İncəsənət
16 Yanvar , 2016 09:51
Azanfilm “Mənim ideyam var!” cizgi filmləri süjetləri müsabiqəsi elan edib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Azanfilm” cizgi filmləri studiyası “Mənim ideyam var!” cizgi filmləri üçün qısa və orijinal süjetlər müsabiqəsi elan edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Müsabiqə “Azanfilm” studiyasının yeni inkişaf planına uyğun olaraq animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması, milli dəyərlərin təbliği məqsədilə keçirilir. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunan işlər cizgi filmləri üçün süjetlər orijinal olmalı və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənməlidir. 

Süjetlər yanvarın 15-dən aprelin 1-dək qəbul olunur. Qaliblərin adları mayın 1-də elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdir. Bir müəllif istənilən sayda süjet təqdim edə bilər.

Süjetlər Times New Roman şriftində, 12 ölçüsündə 1 səhifədən və ya 800 işarədən artıq olmamaq şərtilə .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır.

Təqdim olunan süjetlərlə yanaşı müəllifin adı, soyadı, əlaqə telefonları və e-mail qeyd edilməlidir.

İştirakçı müsabiqəyə süjet təqdim etməklə müəllif hüquqlarının ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq etməlidir. 

Münsiflər heyətinin müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçdiyi ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi