"Axirətdən gələn zəng" tamaşasının premyerası keçiriləcək

"Axirətdən gələn zəng" tamaşasının premyerası keçiriləcək "Ələsgər Məmmədoğlunun ifa edə bilmədiyi rolunu, Mirzə Ağabəyli oynayacaq"
İncəsənət
27 Yanvar , 2016 13:36
Axirətdən gələn zəng tamaşasının premyerası keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrında "Axirətdən gələn zəng" tamaşasının premyerası keçiriləcək. 

Səhnə əsərinin rejissoru Oruc Qurbanov "Report"a açıqlamasında deyib ki, hazırda tamaşanın son məşqləri gedir. Onun sözlərinə görə, premyerası fevralda olacaq.

Rejissor qeyd edib ki, tamaşa yazıçı-deputat Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanır: "Əvvəlcə tamaşanın adını "Mərhumun mesajı" etmək istədik. Sonradan müəlliflə məsləhətləşəndən sonra belə qərara gəldik ki, tamaşa ilkin adı ilə-"Axirətdən gələn zəng" kimi səhnəyə qoyulsun. Səhnə əsərində maraqlı aktyor ansamblı var. Mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlunun hələ ifa edə bilmədiyi obrazını Akademik Milli Dram Teatrının digər aktyoru, əməkdar artist Mirzə Ağabəyli canlandıracaq".

Qeyd edək ki, "Axirətdən gələn zəng" tamaşasında xalq artistləri Bəsti Cəfərova, Səidə Quliyeva, əməkdar artistlər Mirzə Ağabəyli, Sabir Məmmədov, Kazım Həsənquliyev, Mətanət Atakişiyeva və basqaları çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi