"Axınla aşağı” filmi ABŞ-da keçiriləcək festivalda nümayiş olunacaq

"Axınla aşağı” filmi ABŞ-da keçiriləcək festivalda nümayiş olunacaq Festival aprelin 30-dan mayın 7-dək keçiriləcək
İncəsənət
28 Aprel , 2015 12:28
Axınla aşağı” filmi ABŞ-da keçiriləcək festivalda nümayiş olunacaq

Bakı. 28 aprel. Report.az/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçiriləcək SEEfest film festivalında nümayiş etdiriləcək. Nazirlikdən "Report"a verilən məlumata görə, film festivalı aprelin 30-dan mayın 7-dək davam edəcək.  

Amerika Kino Akademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir.
Festivalda ümumilikdə 23 ölkəni təmsil edən film iştirak edir və əsas proqramda doqquz film yer alıb. 

Qeyd edək ki, "Axınla aşağı" filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi