"Axınla aşağı” bədii filmi Avstriyada nümayiş olunacaq

"Axınla aşağı” bədii filmi Avstriyada nümayiş olunacaq Nümayiş LET’S CEE Beynəlxalq Film Festivalı tərəfindən təşkil olunur
İncəsənət
6 May , 2016 19:27
Axınla aşağı” bədii filmi Avstriyada nümayiş olunacaq

Bakı. 6 may. REPORT.AZ/ "Axınla aşağı” bədii filmi mayın 21-də Avstriyada 6-cı Vyana İnteqrasiya Həftəsi çərçivəsində nümayiş olunacaq. Nümayiş LET’S CEE Beynəlxalq Film Festivalı tərəfindən təşkil olunur.

Bu barədə “Report”a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

LET'S INTEGRATE! filmlər silsiləsi Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərin nümayişini həyata keçirir və “Axınla aşağı” bədii filmi bu il regiondan seçilən 6 film siyahısına daxil olub.

Qeyd edək ki, “Axınla aşağı” filmi 2015-ci ildə Let’s Cee Beynəlxalq Film Festivalında “İddialı debüt” müsabiqə proqramında “Münsiflər heyətinin xüsusi vurğulaması” mükafatına layiq görülüb.

Film 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırıb. 

Son xəbərlər

Orphus sistemi