Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, rəssam Çingiz Fərzəliyevə Avstriyanın "Böyük Fəxri Ordeni" və xalq rəssamı
İncəsənət xadimlərinə ordenləri Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex təqdim edib.
Tədbirdə çıxış edən səfir Aksel Vex Çingiz Fərzəliyev və Natiq Əliyevi Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında verdiyi töhfələr, görülən işlərə görə öz hökuməti adından təşəkkürünü bildirib bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını dilə gətirib.
Səfir Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidələrinin ucaldılması iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi olduğunu bildirib.
Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və heykəltəraş Natiq Əliyevin rolu vurğulanıb, incəsənət xadimlərinin öz ölkələri və dünya incəsənəti xəzinəsinə verdikləri töhfə yüksək qiymətləndirilib.
Xatırladaq ki, 2006-cı il 30 may tarixində Avstriyanın paytaxtı Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin büstünün, 2011-ci il oktyabın 12-də Bakıda dahi Avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti