Yuxarı

ATV muğamla bağlı layihə hazırlayıb

Layihə ifaçılıq ənənələrinin qorunub-saxlanılması məsələsində böyük əhəmiyyət kəsb edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Muğamın təbliği məqsədi ilə “Azad Azərbaycan” televiziyası (ATV) yeni layihə hazırlayıb. Bu barədə “Report”a ATV-dən məlumat verilib.

“Azərbaycan muğamı” adlı yeni layihə həm ifaçılıq ənənələrinin qorunub-saxlanılması, həm də bərpa məsələlərində böyük əhəmiyyət kəsb edəcək.

Bu layihənin əsas məqsədi Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə və gənclərin bu sahəyə kütləvi maraq göstərməsinə müsbət təsir göstərməklə yanaşı, muğamsevərlərə onun nəzəri cəhətlərini də bilavasitə aşılamaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi