Yuxarı

Qolu qırılan əməkdar artist: "Özümü yaxşı hiss edirəm"

Atabala Səfərov: Sentyabrın 1-də teatrda yeni mövsüm ili başlayır

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Atabala Səfərov hazırda özünü yaxşı hiss edir. Ötən ay yıxılaraq qolunu sındıran aktyorun gipsi açılıb.

Əməkdar artist "Report"a bildirib ki, bu il iyulun 18-də AzTV-yə gedən zaman binanın içərisində yıxılıb və qolu sınıb: "Bir aydan çoxdur gipsdə idi. Bir neçə gündür gipsdən azad olmuşam. Qolumu tərpədə bilirəm. Amma hələ ağrıdır, 67 yaşım var. Şükür edirəm ki, hələ yaxşı qurtarmışam."

Sentyabrın 1-dən teatrda yeni mövsüm ilinin başladığını deyən A.Səfərov ötən mövsümdə Vera Şuqrayeva və Əli Əmirlinin "Qohumlar" ”tamaşasında çıxış etdiyini söyləyib.

Xatırladaq ki, ötən mövsümün sonunda bu tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Mövsümün ən yaxşı tamaşası" kimi “Sima” mükafatına layiq görülüb. Əməkdar artist Atabala Səfərov isə “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" kimi mükafat qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi