Astanada türk xalqlarının musiqi festivalı keçirilib

Astanada türk xalqlarının musiqi festivalı keçirilib Festivalı TÜRKSOY təşkil edib
İncəsənət
25 İyul , 2015 00:30
Astanada türk xalqlarının musiqi festivalı keçirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib.

"Report" xəbər verir ki, konfrans çərçivəsində TÜRKSOY türk xalqlarının musiqi festivalını təşkil edib. Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim edib. 

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak edib.

Festivalda Azərbaycandan "Aypara" muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edib.

Son xəbərlər

Orphus sistemi