Astanada Dirijor və Vokal İfaçılarının I Beynəlxalq müsabiqəsi keçirilib

Astanada Dirijor və Vokal İfaçılarının I Beynəlxalq müsabiqəsi keçirilib Müsabiqədə Azərbaycanı Əyyub Quliyev təmsil edib
İncəsənət
29 Mart , 2016 19:57
Astanada Dirijor və Vokal İfaçılarının I Beynəlxalq müsabiqəsi keçirilib

Bakı. 29 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada martın 25-dən 30-dək SSSR xalq artisti, görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor və vokal ifaçılarının I beynəlxalq müsabiqəsi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyev məlumat verib.

Müsabiqə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Qazaxıstan Dövlət İncəsənət Universiteti, Astana şəhər meriyası və Qazaxıstan Elmlər Akademiyasının təşkilatı dəstəyilə keçirilib. Beynəlxalq müsabiqədə Avropa, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən 104 nəfər gənc dirijor və müğənnilər iştirak edib.

Müsabiqənin təşkilat komitəsinin sədri - xalq artisti, professor, Qazaxıstan İncəsənət Universitetinin rektoru, tanınmış skripka ifaçısı Ayman Musaxodjayevadır. Müsabiqənin münsiflər heyətinin sədri - akademik, professor K.Kalilembekova (vokal üzrə, Qazaxıstan), İ.Lebedev (xor dirijorluğu üzrə, Rusiya), münsiflər heyətinin üzvləri - professorlar L.Aslanova (Rusiya), Ş.Abilov (Qazaxıstan), Jao Tonq Yi (Şanxay/Çin), N.Raxmadiyeva (Qırğızıstan), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyev (Azərbaycan), xalq artisti, professor K.Omarbayev (Qazaxıstan) və digər tanınmış sənət xadimləri gənc ifaçıları dinləyib, qiymət verib.

Müsabiqənin mükafatlarının təqdimat mərasimi və bağlanış mərasimi Qazaxıstan Dövlət İncəsənət Universitetinin böyük zalında keçirilib. Mərasimdə beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin rəhbərliyi Qazaxıstan Dövlət İncəsənət Universitetinin orkestrı və müsabiqənin laureatları çıxış edib. Müsabiqənin proqramı çərçivəsində musiqişünas alimlərin Beynəlxalq Elmi-Praktiki Konfransı və münsiflər heyəti üzvlərinin ustad dərsləri də keçirilib. 

Son xəbərlər

Orphus sistemi