Yuxarı

​"Astana Balet" Teatrı Bakıda çıxış edəcək

Çıxış beynəlxalq qastrol çərçivəsində baş tutacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Qazaxıstanın "Astana Balet" Teatrı beynəlxalq qastrol turuna hazırlaşır və kollektiv ilk olaraq aprelin 8-də Bakıda çıxış edəcək.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, teart kollektivi Bakı tamaşaçısına Qazaxıstanda sevilən "Şərq rapsodiyası" konsert proqramını təqdim edəcək.

"Ümid edirik ki, məşhur Bakı şəhəri "Astana Balet" Teatrının repertuarında əsl xoreoqrafiya və bənzərsiz şərq koloriti incilərini yüksək qiymətləndirəcək", - deyə teatrın məlumatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi