"Aşıq Pəri" Məclisinin konserti keçiriləcək

"Aşıq Pəri" Məclisinin konserti keçiriləcək Tədbir noyabrın 4-də Mahnı Teatrında olacaq
İncəsənət
3 Noyabr , 2015 16:03
Aşıq Pəri Məclisinin konserti keçiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında "Aşıq Pəri" Məclisinin konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsert "Aşıq Pəri" Məclisinin qurucularından biri, əməkdar mədəniyyət işçisi Narınc Xatunun yubileyinə həsr olunub.

Məlumata görə, sazlı-sözlü gecədə Narınc Xatunun şeirləri səsləndiriləcək və qadın aşıqların ifasında el havaları ifa olunacaq.

Xatırladaq ki, Narınc Əvəz qızı Cəfərova 1930-cu ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilib. Ustad aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar.

Şairin "Burla xatun nəvəsiyəm" adlı şeirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şeirlər daxil edilib.

XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaradıb.

Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" Məclisinə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi