Aşıq Ədalət əməliyyat olunub

Aşıq Ədalət əməliyyat olunub O, hazırda xəstəxanadadır
İncəsənət
17 Mart , 2016 12:52
Aşıq Ədalət əməliyyat olunub

Bakı. 17 mart. REPORT.AZ/  Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Aşıq Ədalət (Nəsibov) əməliyyat edilib.

Bu barədə "Report"a o, özü məlumat verib.

Aşıq Ədalət hazırda xəstəxanada olduğunu deyib: "Özümü pis hiss edirdim. Yırtıq əməliyyatı olundum. Hazırda yaxşıyam. Bir-iki günə xəstəxanadan evə buraxılacağam".

Son xəbərlər

Orphus sistemi