"Arzular bağı" tamaşası "Təbrizim" festivalından qayıdıb

"Arzular bağı" tamaşası "Təbrizim" festivalından qayıdıb İki aktyorun ifasında təqdim edilən tamaşa uğurla qarşılanıb
İncəsənət
21 Avqust , 2015 20:55
Arzular bağı tamaşası Təbrizim festivalından qayıdıb

Bakı. 21 avqust. REPORT.AZ/ "ODA" Teatrının tamaşası Təbrizdə keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb.

"Report" xəbər verir ki, beynəlxalq festival avqustun 13-dən 16-dək İranın Təbriz şəhərində keçirilib.

Festivalda Türkiyə, İran, İraq və Azərbaycandan gəlmiş teatrlarının nümayəndələri iştirak edib.

Azərbaycanı "ODA" Teatrının rejissoru İmaməli Həsənovun quruluş verdiyi "Arzular bağı" tamaşası təmsil edib. Tamaşa İran tamaşaçılarının rəğbətini qazanıb.

Bu barədə aktyor Rauf Şahsuvarov məlumat verib. Onun sözlərinə görə, "Təbrizim" Beynəlxalq Meydan Tamaşaları Festivalı artıq dördüncü dəfədir keçirilir: "Bu ildən festival beynəlxalq status alıb. Meydan tamaşaları festivalı olduğu üçün tamaşalar küçədə nümayiş edilir. Təbriz tamaşaçıları bizim tamaşanı xüsusi rəğbətlə qarşıladı".

Qeyd edək ki, "Arzular bağı" əsərinin müəllifi Pərviz Bəşərdüstdür. İki aktyorun ifa etdiyi tamaşada ruhi xəstə olan iki insanın arzularından danışılır.

Rolları əməkdar artist İlqar Cahangirli və aktyor Rauf Şahsuvarov ifa edir. 

Son xəbərlər

Orphus sistemi