Yuxarı

​"Arşın mal alan" operettası Türkiyənin Mardin şəhərində səhnəyə qoyulub

Əsər Ankara Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" operettası Ankara Dövlət Opera və Balet Teatrı tərəfindən Türkiyənin Mardin şəhərində səhnəyə qoyulub.

"Report" xəbər verir ki, əsər Mardin Şəhər Meriyasının dəstəyi ilə Atatürk Mədəniyyət Mərkəzində sənətsevərlərə təqdim olunub.

Əsərə Şenol Tanlınlı quruluş verib. Ankara Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə Burak Şatana dirijorluq edib. Tamaşada solist qismində Esin Talınlı, Emrah Sözler, Mine Kurtoğlu, Serkan Kocadere, Sim Tokyürek, Bülent Ateşoğlu, Murat Akar və Tuğba Mankal rol alıblar.

Tamaşanı izləyənlər arasında Türkiyənin sabiq daxili işlər naziri və Mardinin millət vəkili Müəmmər Gülər, şəhər valisi Mustafa Daşkəsən, rayon polis rəisi Mehmet Şahin də olub

Operetta indiyədək Moskva, Nyu-York, Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekin və digər şəhərlərdə tamaşaya qoyulub..

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi