Arif Babayevin doğum günü münasibətilə konsert olacaq

Arif Babayevin doğum günü münasibətilə konsert olacaq Konsert Beynəlxalq Muğam Mərkəzində keçiriləcək
İncəsənət
12 Fevral , 2015 12:38
Arif Babayevin doğum günü münasibətilə konsert olacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli xanəndə, professor Arif Babayevin doğum günü münasibətlə fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert proqramında Arif Babayevin tələbələri, xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, xanəndə Firuz Səxavət və başqaları çıxış edəcək.

Konsertə Arif Babayev və sənət dostları qatılacaq.

Qeyd edək ki, xalq artisti 1938-ci il fevralın 20-də anadan olub.

Son xəbərlər

Orphus sistemi