Yuxarı

Argentinada inqilabçı Ernesto Çe Qevaranın gecələdiyi anbarı muzeyə çeviriblər

1946-cı ildə inşa olunmuş anbar əsaslı təmir edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Argentinanın cənubundakı rayonlardan birində əfsanəvi inqilabçı Ernesto Çe Qevaranın yarım əsrdən də əvvəl gecələdiyi anbarı muzeyə çeviriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, gələcək komandante 1952-ci ildə Latın Amerikası ölkələri üzrə səyahəti zamanı burada bir gecə qalıbmış.

1946-cı ildə inşa olunmuş anbar muzey məkanı üçün uyğun bir şəkildə əsaslı təmir edilib. Eyni zamanda, memarlar tikilinin xarici görünüşünü imkan daxilində olduğu kimi saxlamağa çalışıb.

Muzeydə inqilabçının arxiv şəkilləri, şəxsi əşyaları, eləcə də onun qələmə aldığı mətnlər sərgilənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi