Yuxarı
    Bağlamaq

    Ankara Dövlət Teatrı Bakıda "Nereye" tamaşasını təqdim edib

    Bu gün teatr Məraklısı üçün öylə bir hekayə adlı mono-tamaşanı nümayiş etdirəcək

    Bakı.27 noyabr. REPORT.AZ/ Azərbaycanda keçirilən Türkiyə Mədəniyyəti Günləri davam edir.

    "Report" xəbər verir ki, Türkiyə Mədəniyyəti günləri çərçivəsində Ankara Dövlət Teatrı da Bakının qonağıdır. Türkiyə teatr xadimlərinin iştirakı ilə Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Alp Təhməzin "Nereye" adlı tamaşası tamaşaçılara təqdim edilib.

    2 saat 5 dəqiqə davam edən tamaşa müharibələrdən, acından baş götürüb qaçan adamların həyat hekayəsindən bəhs edir. Əsər bir ümidə möhtac qalan insanların qürbətə etdikləri səfərə həsr olunub.

    Tamaşanın rejissoru Volkan Özgöməçdir. Rejissor tamaşaya qoyduğu əsərin tragikomediya olduğunu deyir.

    Tamaşada Bülənt Çiftçi, Şevki Cepa, Cəbrayıl Əsən, Sədat Keçəçi, Əsma Çankaya, Acan Ağır Aksoy, Turqut Alkaçır, Özləm Dədə, Cəlal Murad Usanmaz, Öndər Yıldız və başqaları çıxış edib.

    Qeyd edək ki, Ankara Dövlət Teatrı Bakıya iki tamaşa ilə gəlib. Bu gün teatr "Məraklısı üçün öylə bir hekayə" adlı mono-tamaşanı nümayiş etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi