Yuxarı
    Bağlamaq

    Amerikanın məşhur aktrisası vəfat edib

    Doris Roberts 91 yaşında dünyasını dəyişib

    Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ kinosunun və teatrının veteranı, məşhur teleserial aktrisası Doris Roberts Los-Ancelesdə vəfat edib.

    "Report" xəbər verir ki, aktrisa 91 yaşında dünyasını dəyişib.

    O, səhnə karyerasına 1970-ci ildə Brodvey Teatrında başlayıb. 150 çox rola imza atan aktrisa teatr, kino, telefilimlər və teleseriallarda müxtəlif səpkili obrazlar ifa edib.

    D.Roberts ABŞ-ın ən məşhur mükafatlarından sayılan "Emmi" mükafatını beş müxtəlif nominasiyada qazanıb.

    Aktrisaya uğur gətirən rolu "Paymondu hamı sevir" teleserialında yaratdığı Meri Beroun obrazı olub. Bu rola görə aktrisa 4 dəfə "Emmi" mükafatına layiq görülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi